BolgeXeber.Com » BÖLGƏ TV » Şəkinin məşhur hava proqnozu Türkiyənin “Milyonçu” verilişində - VİDEO

Şəkinin məşhur hava proqnozu Türkiyənin “Milyonçu” verilişində - VİDEO

2-04-2015, 09:41
Oxunub: 2 653 Şəkinin məşhur hava proqnozu Türkiyənin “Milyonçu” verilişində - VİDEOHava proqnozu verilişi iştirakçılarının gülüşünə səbəb olub

Şəkidə fəaliyyət göstərən Kanal S televiziyasının 2014-cü il martın 8-də efirə verdiyi hava proqnozu o qədər maraqlı və orijinal olub ki, həmin kadrlar artıq Türkiyə kanallarına ayaq açıb.

Bolgexeber.com anspressə istinadən məlumatına görə, Türkiyədə yayımlanan “Milyonçu” şousunda Şəki ləhcəsində səsləndirilən hava proqnozu sual formasında qoyulub.

Və danışığın hansı sahəyə aid olduğu soruşulub.

Şəki kanalında səsləndirilən hava proqnozunun verilişdə səsləndirilməsi aparıcı başda olmaq şouda iştirak edən şəxsin və zaldakıların gülüşünə səbəb olub.

Qeyd edək ki, suala düzgün cavab verən şou iştirakçısı 3 min lirə qazanıb.
Bolgexeber.com