BolgeXeber.Com » BÖLGƏ TV » Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)

Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)

4-04-2015, 12:26
Oxunub: 18 600 Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)"Onun kim olduğuna heç fikir vermədən razılıq verdim"

Livanlı porno ulduz Mia Xalifa rol aldığı filmdə partnyorunun israilli olması səbəbindən kəskin tənqidlərə tuş gəlib.

1993-ci il təvəllüdlü livanlı porno ulduz 10 yaşında ikən Beyrutdan ABŞ-a köçüb. İnternetdə yayımlanan filmləri ilə məşhurlaşan Livan əsilli porno ulduz Mia Xalifa İsrailli aktyorla porno filmə çəkilməsinə görə, təhdidlər aldığını bildirib.

Bu barədə açıqlama verən porno ulduz sosial şəbəkə üzərindən hamıdan üzr istəyib:

"Həqiqətən üzr diləyirəm. Filmdə birlikdə rol aldığım oyunçunun şəxsiyyəti diqqətimi çəkmədi, ağılıma belə gəlmədi".

Xalifa daha əvvəl də "Twitter"də "başının kəsiləcəyini" söyləyənlərə belə cavab vermişdi: "Yaxın Şərqin məndən daha böyük problemləri yoxdur? İŞİD-in qarşısını almağa və ya özünüzə bir başçı tapmağa nə deyirsiniz".

Livan himninin sözlərini və Livan ordusunun simvolunu bədənində daşıyan Xalifa bu döymələri 2012-ci ildə ölkəsində reallaşan bombalı hücumlardan sonra atasının siyasi fikirlərinə dəstək vermək üçün etdirdiyini bildirib.(ans)

Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)
Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)
Porno ulduz bu hərəkətinə görə üzr istədi (VİDEO, FOTO)