BolgeXeber.Com » BÖLGƏ TV » Ağdam sakinləri seçdikləri millət vəkilinin üzünə həsrət qalıb - VİDEOSORĞU

Ağdam sakinləri seçdikləri millət vəkilinin üzünə həsrət qalıb - VİDEOSORĞU

13-08-2015, 13:22
Oxunub: 2 715 Ağdam sakinləri seçdikləri millət vəkilinin üzünə həsrət qalıb - VİDEOSORĞUSorğunun nəticəsindən göründüyü kimi vəziyyət heç də ürəkaçan deyil

Ağdam rayon sakinləri öz seçdikləri millət vəkilini tanımır. Əgər Bəxtiyar Əliyev Ağdam sakinlərilə görüşüb problemlərini dinləsəydi bəlkə də onu tanıyan biriləri olardı. Biz də obyektivliyi qorumaq məqsədilə millət vəkili Bəxtiyar Əliyevlə əlaqə saxlayıb suallarımıza cavab almaq istədik. Lakin cəhdlərimiz boşa çıxdı,zənglərimizə cavab verən olmadı.

Xatırladaq ki , BTV bu aydan etibarən paytaxt və bölgələrdə “ Deputat və seçici ” adlı layihəyə start verib.Məqsəd deputatlarla seçicilər arasındakı münasibəti işıqlandırmaq və ictimaiyyətə çatdırmaqdır .

BOLGEXEBER.COM