BolgeXeber.Com » BÖLGƏ TV » "Bizim dünyada rəqibimiz yoxdur" - "Bu şəhərdə"dən Tahir İmanova

"Bizim dünyada rəqibimiz yoxdur" - "Bu şəhərdə"dən Tahir İmanova

13-04-2015, 15:32
Oxunub: 9 803 "Bizim dünyada rəqibimiz yoxdur" - "Bu şəhərdə"dən Tahir İmanova“Bu şəhərdə” komandası əməkdar artist Tahir İmanovun “Onlar bizim rəqibimiz deyil” sözlərinə sərt reaksiya verib.
Axşam.az-ın məlumatına görə, əməkdar artist Rəfael İsgəndərov “Onlar”a açıqlamasında dünyada belə rəqiblərinin olmadığını deyib:
“Biz də onları rəqib saymırıq. KVN başqadır, aktyorluq istedadı başqa. Kimsə rəqibini Moskvada görür, bizim dünyada rəqibimiz yoxdur”.
“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov konsert sayına görə, tarixə düşdüklərini iddia edib:
“Konsert sayına görə Azərbaycan tarixində belə bizə rəqib olmayıb. Mərhum Anar Məmmədxanovun rəhbərlik etdiyi “Parni iz Baku” dövründə də Azərbaycanda aktyor sənəti mövcud idi. KVN teatrı ilə aktyor sənəti fərqlidir. Bunları qarışdırmayın. Kimin kimə rəqib olduğunu isə ən yaxşı tamaşaçı deyə bilər”.
Əməkdar artist Coşqun Rəhimov isə “Başımızı aşağı salıb işimizi görürük. Kiminsə qarşısında təkəbbürlük, yekəxanalıq etmirik. Hərə öz qabına baxsın” deyə, bildirib.