BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda icra başçısı sakinlərin yolunu arvadına hədiyyə etdi - İDDİA - VİDEO- FOTO

Bakıda icra başçısı sakinlərin yolunu arvadına hədiyyə etdi - İDDİA - VİDEO- FOTO

14-04-2015, 19:12
Oxunub: 3 443 Bakıda icra başçısı sakinlərin yolunu arvadına hədiyyə etdi - İDDİA - VİDEO- FOTOBakıda iş adamı insanların yolunu kəsib. O, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi, 38 saylı binanın həyətindəki sakinlərin yoluna sədd çəkib

BOLGEXEBER.COM bildirir ki,həmin ünvanda yaşayan sakinlər milli.az-a müraciət ediblər ki, bir nəfər ərazini qazanc üçün obyektə çevirmək istəyir və bunun nəticəsində yoldan həyətə girmək üçün dar bir cığır qalıb:

“Həmin şəxsə etirazımızı bildirdi ki, 2007-ci ildə inşası başa çatdırılan tikintini yarımçıq qoyduq. 2012-ci ildə yenidən cəhd etdi, dövlət qurumlarını məsələyə qatandan sonra tikili söküldü. Biz bu məsələləri hazırda yolumuzu kəsən adama xatırlatdıq. Lakin həmin şəxs ya başa düşmür, ya da istəmir. Özünü obyektin ya yiyəsi, ya da icraçısı kimi təqdim edən Hüseyn adlı şəxs deyir ki, 70 min manat xərcim çıxıb. Sizin acığınıza tikdirəcəm. Biz tikinti aparmağa qoymuruq. Ərizə və şikayətlər yazaraq haqqımızı tələb edirik. Bizim eşitdiyimizə görə rayonlardan birinin icra başçısı bizim sakinlərin istirahət və keçid yerini öz arvadına həddiyyə edib”.

Nəsimi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramin Xəlil milli.az-a açıqlamasında bildirdi ki, həmin sakinlərin problemindən xəbərdardır. Onun sözlərinə görə, bu gün icra hakimiyyətinə şikayət daxil olub və aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib:

“Əməkdaşlarımız həmin əraziyə baş çəkib sakinlərlə, tikintini aparan şəxslə görüşməlidirlər. Belə qanunsuzluqlar gecə vaxtları, ya da bayram günləri edilir. Ona görə də icra başçısı belə halların baş verməməsi üçün tapşırıqlar da verib”.
BOLGEXEBER.COM