BolgeXeber.Com » BÖLGƏ TV » Abutalıbov Bayılı Bodruma çevirdi-VİDEO

Abutalıbov Bayılı Bodruma çevirdi-VİDEO

13-05-2015, 12:54
Oxunub: 2 651 Abutalıbov Bayılı Bodruma çevirdi-VİDEOBir aydan sonra Azərbaycanda başlayacaq I Avropa Oyunları ərəfəsində Səbayel rayonunda təqdirəlayiq addım atılıb

Bayıl yamacındakı ağ mənzərə görənləri heyran qoyacaq.

ANS TV-nin məlumatına görə, yamacı rəngarəng yox, gözümüz öyrəşməyən, amma eyni zamanda çox gözəl bir mənzərə - ağ rəngli fasadı və qırmızı dam örtüyü olan evlər bəzəyir.

Bu mənzərəni isə yalnız dənizkənarı bulvar boyu, ya da Dövlət Bayraq Meydanı ərazisindən görmək mümkündür.

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən irəli sürülən ideya nəticəsində dağ yamacı boyu fərdi yaşayış evlərinin hamısı bu cür rənglənib.

Bu mənzərə daha çox Türkiyənin Bodrum şəhərini xatırladır. Yəni məhz Bodrumda dəniz kənarında yerləşən dağın ətrafındakı fərdi yaşayış evlərinin hamısı bir rəngdədir. Bu da şəhərə gözəlik verən amillərdən biridir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovdur.
BOLGEXEBER.COM