BolgeXeber.Com » BÖLGƏ TV » Astara sakinləri millət vəkilini tanıyırmı? - SORĞU

Astara sakinləri millət vəkilini tanıyırmı? - SORĞU

14-05-2015, 13:27
Oxunub: 2 905 Astara sakinləri millət vəkilini tanıyırmı? - SORĞUZiyafət Əsgərov 2010 –cu ildə keçirilən parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən 90.38 % səslə millət vəkili seçilib

BTV-nin paytaxt və bölgələrdə həyata keçirdiyi “Deputat və seçici” adlı layihəsi davam etməkdədir. Bu dəfə yolumuz Astara rayonunadır. Görək sakinlər 76 saylı Lənkəran-Astara üzrə seçdikləri millət vəkilini tanıyırmı ?
Sorğumuzdan belə bəlli oldu ki, Ziyafət Əsgərovu tanıyan Astara rayon sakinləri onun rayonda gördüyü işləri rəğbətlə qarşılayır. Seçicilərin sözlərinə görə, Ziyafət Əsgərov sakinlərin sosial problemlərinin həllində əlindən gələni əsirgəməyərək, onların həlli istiqamətində lazımı addımlar atır.
Qeyd edək ki , Ziyafət Əsgərov 2010 –cu ildə keçirilən parlament seçkilərində 76 saylı Lənkəran-Astara seçki dairəsindən 90.38 % səslə millət vəkili seçilib. O, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavinidir.
BOLGEXEBER.COM