BolgeXeber.Com » BÖLGƏ TV » Himn qalmaqalı: Rusiya komandasından rüsvayçı hərəkət(VİDEO, FOTO)

Himn qalmaqalı: Rusiya komandasından rüsvayçı hərəkət(VİDEO, FOTO)

19-05-2015, 09:46
Oxunub: 2 735 Himn qalmaqalı: Rusiya komandasından rüsvayçı hərəkət(VİDEO, FOTO)Rusiya mətbuatı da komandalarının bu hərəkətini pis qarşıladıqlarını bildirib və bunu rüsvayçılıq kimi qələmə verib

Mayın 17-si Çexiyada hokkey üzrə dünya çempionatının final görüşü keçirilib.

Bu idman növündə barışmaz rəqiblər olan dünyanın 2 ən böyük dövləti - Rusiya və Kanada finalda üz-üzə gəlib.

Kanadalılar rusları 6:1 hesabı ilə darmadağın edib. Məhz bu məğlubiyyətlə barışmayan ruslar oyun başa çatdıqdan sonra Kanadanın himni səslənərkən buz meydançasını tərk edib. Təşəbbüskar isə kapitan İlya Kovalçuk olub. Aleksandr Oveçkin və Yevgeni Malkin isə rəqibə qarşı hörmətsizlik etməməli olduqlarını bildirib. Championat.com saytının əməkdaşı Dmitri Erıkalov bildirir ki, Malkin və Oveçkindən başqa, himnə Vladimir Tarasenko, Artyom Panarin, Dmitri Kulikov, Andrey Mironov, Yevgeni Dadonov və Viktor Tixonov da sonadək qulaq asıb.

Rusiya mətbuatı da komandalarının bu hərəkətini pis qarşıladıqlarını bildirib və bunu rüsvayçılıq kimi qələmə verib. Hətta 2008-ci ildəki dünya çempionatında Rusiyaya uduzan Kanadanın qarşı tərəfin dövlət himninə necə qulaq asması videosu yayılıb. Qeyd edək ki, dünya çempionatında III yeri ABŞ komandası tutub.





Himn qalmaqalı: Rusiya komandasından rüsvayçı hərəkət(VİDEO, FOTO)
anspress