BolgeXeber.Com » BÖLGƏ TV » “Məni inandırırdılar ki, materiallar keyfiyyətlidir”- Video

“Məni inandırırdılar ki, materiallar keyfiyyətlidir”- Video

21-05-2015, 14:19
Oxunub: 3 572 “Məni inandırırdılar ki, materiallar keyfiyyətlidir”- VideoXəbər verdiyimiz kimi,dünən prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası olub


"Qafqazinfo" xəbər verir ki, prezident çıxışında bildirib ki, bu məsələlər və günahsız insanların ölümündə əli olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq, cəza da çox ciddi olacaq: “İlkin versiya ondan ibarətdir ki, keyfiyyətsiz materiallardan istifadə olunub. Ancaq bu materiallardan neçə ildir ki, Bakıda istifadə edilir. Mənə verilən bəzi məlumatlara görə, ilkin mərhələdə istifadə olunan materiallar sanki yüksək keyfiyyətə malik idi, amma sonrakı mərhələdə artıq bu materialların tərkibində təhlükəli maddələr aşkarlanıb. Əgər belədirsə, onda bu barədə də rəsmi rəy bildirilməlidir”.

Prezidentin çıxışının birinci hissəsinin videosunu təqdim edirik:

BOLGEXEBER.COM