BolgeXeber.Com » BÖLGƏ TV » Hündürdaban ayaqqabılar sağlamlığımıza təsir edirmi? - ARAŞDIRMA

Hündürdaban ayaqqabılar sağlamlığımıza təsir edirmi? - ARAŞDIRMA

1-06-2015, 14:44
Oxunub: 3 686 Hündürdaban ayaqqabılar sağlamlığımıza təsir edirmi? - ARAŞDIRMAHündürdaban ayaqqabılar gözəl və cazibədar görünməkdə vasitəçi olsa da , təəssüf ki?bəzən sağlamlıq üçün zərərli tərəfləri də mövcuddur

Günümüzdə xanımların çox istifadə etdiyi hündürdaban ayaqqabıların tarixçəsi qədim Misirdən başlayır. ilk dəfə Misirlilər tərəfindən alicənablığın bir göstəricisi kimi geyilinilən hündürdaban ayaqqabılar , orta əsrlərdə artıq həm qadınlar, həm də kişilər tərəfindən geyinilməyə başlanıb. Məqsəd bahalı ayaqqabıların və ayaqların təmiz qalması idi.
Bu gün isə xanımların əksəriyyəti hündürdaban ayaqqabılardan valehedici görünüşə sahib olmaq yaxud da boy kompleksini aradan aradan qaldırmaq məqsədilə istifadə edir .
Hündürdaban ayaqqabılar gözəl və cazibədar görünməkdə vasitəçi olsa da , təəssüf ki , bəzən sağlamlıq üçün zərərli tərəfləri də mövcuddur. Bu barədə Yeni Yasamal Tibb Mərkəzinin həkimi , cərrah -ortoped, professor Məhəmmədhüseyn Herisçi BTV-yə müsahibəsində danışıb. Mütəxəssisin sözlərinə görə hündürdaban ayaqqabıdan çox istifadə etdikdə pəncə və dabanın quruluşu dəyişir .
Beləliklə məlum olur ki, hər gün istifadə etdiyimiz və geyimimizin əm mühüm atributlarından olan ayaqqabılarımızın düzgün seçimi orqanizmin sağlam olmasının başlıca amillərindən biridir.
BOLGEXEBER.COM