BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabadda baş həkimə qarşı rüşvət iddiası-VİDEO

Cəlilabadda baş həkimə qarşı rüşvət iddiası-VİDEO

2-06-2015, 13:35
Oxunub: 3 990 Cəlilabadda baş həkimə qarşı rüşvət iddiası-VİDEOCəlilabad rayon Göytəpə şəhər sakini Hakim Bayramov BTV-yə şikayət ünvanlayaraq Cəlilabad rayon Ağciyər Xəstəlikləri Xəstəxanasından narazılığını bildirir

Onun sözlərinə görə qızı Səbinə Bayramova 2014-cü ilin yanvar ayından Ağciyər xəstəlikləri xəstəxanasında qeydiyyatda olsa da ,öz hesabına müalicə olunur . O , dövlət tərəfindən ayrılan pulsuz müalicə və dərmanlardan yararlana bilmir. Şikayətçinin səsləndirdiyi iddialara aydınlıq gətirmək məqsədilə Ağciyər Xəstəlikləri xəstəxanasınıb baş həkimi Əliheydər Abbasovla əlaqə saxladıq. Deyilənlərin böhtan olduğunu bildirən baş həkim Səbinə Babayevanın yanvar ayından xəstəxanada qeydiyyatda olduğunu və 1ay stasionar şöbədə müalicə aldığını bildirdi. Əliheydər Abbasov rüşvət iddiasına da aydınlıq gətirərək bildirdi ki , xəstədən heç bir pul alınmayıb və onun dərmanları vaxtında verilir.
BTV olaraq məsələni diqqətdə saxlayacıq.
BOLGEXEBER.COM