BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədi İH- də dövlətin pulları kimlər arasında bölünür?-VİDEO

Binəqədi İH- də dövlətin pulları kimlər arasında bölünür?-VİDEO

11-06-2015, 17:23
Oxunub: 3 438 Binəqədi İH- də dövlətin pulları kimlər arasında bölünür?-VİDEOBinəqədi rayon icra başçısı pul sayanlarını müəyyənləşdirib. Xaləddin İsgəndərov icra hakimiyyətinə gələn pulların vəsaitlərin hesablanması və bölünməsi üçün xüsusi adamlar təyin edib.

Bu barədə TİA.AZ informasiya agentliyinə məlumat verilib. Agentliyə verilən məlumatda iddia olunur ki, icra başçısı Xaləddin İgəndərov 15 nəfərin ölümü ilə nəticələnən bina yanğını faciəsindən sonra yenidən öz fəaliyyətinə qayıdıb və təyin etdiyi adamlarla pulların bölüşdürülməsi işini həyata keçirir.
Mənbə onu da iddia edir ki, Gənclər və idman idarəsinə, rayon təhsilinə və uşaq bağçalarına ayrılan maliyyə vəsaitlərinə başçının müavini Aygün Əliyeva nəzarət edir. Dövlət və partiya tərəfindən ayrılan maliyyə vəsaiti ancaq Aygün Əliyevanın nəzarəti ilə xərclənə bilər.
Məsələn, rayon Gənclər və idman idarəsinə ayrılan vəsaitin 70% rayon icra hakimiyyətinin balansına keçirilməlidir. Qalan 30% isə rayonda aidiyyatı üzrə tədbirlər təşkil olunmalıdır. YAP-nın rəhbərliyi tərəfindən Binəqədi rayon YAP təşkilatına ayrılan vəsaitin isə 75% rayon icra hakimiyyətinin balansına keçirilməlidir.
YAP Binəqədi Rayon təşkilatı sədri Ramiz Göyuşov, Rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, RİH-nin şöbə müdiri Nuridə Allahyarova isə bu məsələdə köməkçiləri rolunda çıxış edirlər.
Biz də iddilara aydınlıq gətirmək məqsədilə məsələdə adı hallanan Aygün Əliyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin o zənglərimizə cavab vermədi.
BOLGEXEBER.COM