BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədi icra başçısı kazinoya "krışalıq" edir?-VİDEO

Binəqədi icra başçısı kazinoya "krışalıq" edir?-VİDEO

12-06-2015, 15:12
Oxunub: 3 350 Binəqədi icra başçısı kazinoya "krışalıq" edir?-VİDEOPolis bölməsinin növbətçi polis əməkdaşı bizə bildirdi ki , onlarda gizli kazinonun fəaliyyəti barədə heç bir məlumat yoxdur

Binəqədi rayonu, 7-ci mikrorayon, 69 a ünvanında yerləşən VİP CLUB-da gizli kazino aşkar olunub . Həmin kazinoda açıq şəkildə loto oynayırlar. Bu barədə “ qafqaznews.az “ informasiya agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki , kazino “RİAD” Təhlükəsizlik xidmətinin əməkdaşı, bir neçə il əvvəl CM-nin 234.1 maddəsi ilə məhkum olunan Vüsal Rzayev adlı şəxsə məxsusdur. Məlumatda o da qeyd edilir ki , Vüsal Rzayev kazinonun fəaliyyətinə “icazə almaq” üçün 100 min manat verməli olub.
Azərbaycanda qumar oyunları qadağan olunsa da bu oyunlara maraq böyükdür. Biz də yayılan məlumatla bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət etdik. Polis bölməsinin növbətçi polis əməkdaşı bizə bildirdi ki , onlarda gizli kazinonun fəaliyyəti barədə heç bir məlumat yoxdur.
Maraqlıdır, Binəqədi rayon icra hakimiyyəti kazinonun fəaliyyətindən xəbərdardırmı ? Əgər məsələdən agahdırlarsa , görəsən hansı səbəbdən bu məsələyə göz yumulur ?