BolgeXeber.Com » BÖLGƏ TV » Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb (VİDEO)

Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb (VİDEO)

17-06-2015, 09:51
Oxunub: 2 625 Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb (VİDEO)Gəncə sakini qeyri-adi formalı avtomobil yığıb

Müxtəlif markalı minik və yük maşınlarının ehtiyat hissələrindən yığılan bu avtomobil sahibinə gəlir də gətirir.

Mühərriki və sürət qutusu "VAZ 2106"nın, şassisi Moskviçin, təkərləri "QAZ 24"-ün, güzgüləri isə yük avtomobilinindir.

Əsas işi fotoqraflıq olan Gəncə sakini Şəmistan Zeynalov bu qeyri-adi avtomobili müxtəlif maşınların ehtiyat hissələrindən yığıb. Bir müddət avtomobil zavodunda işləyən Şəmistan Zeynalov orada öyrəndiklərindən də yetərincə bəhrələnib. Avtomobilin ban hissəsi isə adi metal lövhələrdən yığıb. Fərqli dizayna malik olan bu avtomobilə maraq göstərənlər də çoxdur.

Qeyri-adi görünüşə malik avtomobil əsasən sovet istehsalı olan minik maşınlarının hissələrindən istifadə edilməklə yığılıb. Sahibi ondan müxtəlif təyinatlar üçün istifadə etməyi planlaşdırsa da, sifarişlər əsasən sünnət toyları üçün olur

Avtomobilin tərtibatı və salonu bu tələbata uyğun dizayn edilib.Avtomobilin çölündə quraşdırılan fişənglər də salondan işə salınır.

Xezerxeber.