BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili Oddesada korrupsiyaya qarşı açıq mübarizəyə başladı - VİDEO

Saakaşvili Oddesada korrupsiyaya qarşı açıq mübarizəyə başladı - VİDEO

17-06-2015, 16:02
Oxunub: 3 404 Saakaşvili Oddesada korrupsiyaya qarşı açıq mübarizəyə başladı - VİDEOOdessa qubernatoru Mixail Saakaşvilinin prokurorluq orqanları ilə keçirdiyi iclas zamanı əsl qalmaqal yaşanıb

Avropa.info xəbər verir ki, Saakaşvili Odessa prokurorunu açıq şəkildə reketlə məşğul olmaqda və cinayətkar fəaliyyəti ört-basdır etməkdə ittiham edib. O, prokurorluq işçilərini rüşvət aldıqlarına görə, həbsxanaya göndərməklə hədələyib.
“Mən qanunsuzluğa, prokurorluğun rüşvətxor fəaliyyətinə müharibə elan edirəm. Sizə imkan verməyəcəm ki, xalqın qarəti və alçaldılmasına davam edəsiz”. Odessalı biznesmenin mallarının daşınmasına prokurorluq tərəfindən qadağa qoyulması haqda bəyanatına, “buna reket deyilir” şərhi verib.
Mixail Saakaşvili sonra deyib: “Banditizm – budurmu prokurorluq orqanlarının məsul fəaliyyəti? Buna banditzm və reket deyilir. Biznesmen sizin yanınıza girdikdə eşitdiyi ilk söz bu olur: sənədlərinizi mənə yollayın ki, sonra mən sizi içəri basa bilim. Buna banditizm deyilir. Siz rüşvət almaq niyyəti ilə bundan sonra da biznesi terrora məruz qoymaqda davam edəcəksiniz. Bunun başqa adı yoxdur”
O, həmçinin qeyd edib ki, Odessada satılan bütün torpaqlar rüşvətlə özəlləşdirilir.
BOLGEXEBER.COM