BolgeXeber.Com » BÖLGƏ TV » Ağcabədi icra başçısı sakinləri öz ata yurdlarından qovur-VİDEO

Ağcabədi icra başçısı sakinləri öz ata yurdlarından qovur-VİDEO

19-06-2015, 17:50
Oxunub: 5 154 Ağcabədi icra başçısı sakinləri öz ata yurdlarından qovur-VİDEOAllahverdi Əliyev dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək icra başçısı Şahin Məmmədovun qanunsuz əməllərinə son qoyması üçün tədbir görməsini xahiş edib

Ağcabədi rayonu yuxarı Qiyamallı kənd sakini Allahverdi Əliyev BTV-yə məktub ünvanlayaraq şikayətinin işıqlandırılmasını istəyir. O , Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun qanunsuz əməllərindən narazılığını bildirir . Allahverdi Əliyevin sözlərinə görə icra başçısı onun və ailəsinin ata yurdu olan , təsərrüfatla məşğul olduğu torpaqları tərk etməsini tələb edir. Mektubda o da qeyd edilir ki , Ağcabədi rayon rəhbərliyi bu torpaqların istifadəsiz olması və burada cəmisi 7 min baş qoyun saxlanıldığı haqda Bakıya saxta məlumatlar verib. Sonda Allahverdi Əliyev dövlət başçısı cənab İlham Əliyevə müraciət edərək icra başçısı Şahin Məmmədovun qanunsuz əməllərinə son qoyması üçün tədbir görməsini xahiş edib.