BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda dilənçiliyə iş elanı - VİDEO

Bakıda dilənçiliyə iş elanı - VİDEO

22-06-2015, 11:47
Oxunub: 4 133 Bakıda dilənçiliyə iş elanı - VİDEODilənçilər yay mövsümünü açıq elan ediblər

Onlar da özlərinə həmkar axtarırlar. Amma şərtləri çox qəribədir. "Şəbəkə"də nümayiş edilən bu elanı oxuyanda adama elə gəlir ki, hansısa nazirliyə işçi axtarılır. Pul dilənmək üçün sən demə indi ingilis dili tələb olunurmuş. Dili mükəmməl öyrən və get dilənçiliyə CV ver.

“Sən o gözəl qızın canı mənə bir nəzir ver” deyərək kişilərə qənim kəsilən dilənçilər artıq sosial şəbəkələrdədir. Onlar burda da dilənməklə məşğuldur. Amma diləndikləri pul deyil, həmkardır. Sosial mediada yayılan yeni dilənçi elanı görənləri təəccübləndirir.

Elanda yazılıb ki, dilənçi tələb olunur. Amma bunun üçün müəyyən kriteriyalar var. "Rus və ingilis dillərində sərbəst danışmaq, riyazi bilik, şəhəri yaxşı tanımaq, ağlamağı və qaçmağı bacarmaq. 25-45 yaş arası şəxslər müraciət edə bilər. Gündəlik gəliri 30 manatdır. Səsi olan və mahnı oxuya bilənlərə isə xüsusi güzəştlər nəzərdə tutulur".

Bu elanın nə qədər doğru olduğunu bilmirik, amma görünən odur ki, dilənçilər birliyi özlərinə ağlayaraq ürəkləri parçalaya bilən, polis görəndə isə dabanına tüpürüb ildırım sürətiylə qaça bilən həmkar axtarırlar.