Oxunub: 4 633Son illər Ağstafa rayonunda aparılan abadlıq işləri şəhərin görkəmində də özünü büruzə verir
Rayonun küçələrinin, istirahət mərkəzlərinin, yollarının abadlığı və səliqə-sahmanı göz oxşayır . Bütün bunlara baxmayaraq , zaman-zaman bəzi mətbu orqanlarda rayon haqda ziddiyətli məlumatlar dərc edilir .Yazılanlarla razılaşmayan bir qrup sakin buna öz etirazını bildirir. Onların sözlərinə görə, vaxtaşırı mətbuatda Ağstafa rayonu və onun rəhbərliyənə qarşı bu cür məqsədyönlü, qarayaxma xarakterli yazılar dərc olunur . Mətbuatda gedən yazılara etiraz edən sakinlər onu da qeyd edir ki , söylənilənlər rayondakı reallığı əks etdirmir. Sonda sakinlər BTV vasitəsilə ölkə mətbuatına müraciət edərək, Ağstafa haqqında hər hansı yazı dərc edərkən reallığı göz önünə almağı və obyektivliyi qorumağı xahiş ediblər. BOLGEXEBER.COM