BolgeXeber.Com » BÖLGƏ TV » Bakı attraksionlarının qiymətlərini kim müəyyən edir?-VİDEO

Bakı attraksionlarının qiymətlərini kim müəyyən edir?-VİDEO

23-06-2015, 19:08
Oxunub: 2 793 Bakı attraksionlarının qiymətlərini kim müəyyən edir?-VİDEOBulvar ərazisində olan digər attraksionlarında qiyməti 2-5 manat arasında dəyişir

Müasir dövrümüzdə attraksionlardan dincəlmək vasitəsi kimi istifadə olunma daha çox yayılıb. Əsasən uşaqların və adrenalinsevərlərin əylənmə obyektləri hesab olunan attraksionların sayı Azərbaycanda, xüsusən də paytaxt Bakıda az deyil. Amma müşahidələr göstərir ki, onlardan istifadə olunma heç də vətəndaşlara ucuz başa gəlmir.

Bulvar ərazisində olan digər attraksionlarında qiyməti 2-5 manat arasında dəyişir. Ümumilikdə qiyməti 5 manat olan attraksionlardan bir ailənin 2 uşağı istifadə edərsə, valideyin 10 manatından keçməlidir.

Beləliklə digər ehtiyacları da üst-üstə gələndə Bakı bulvarında bir günlük nəvəsi ilə istirahət etmək istəyən baba və ya nənə aylıq təqaüdünün yarısını xərcləməlidir. Bəs, görəsən, valideyinlər və uşaqlar bu əyləncələr üçün müəyyən edilən qiymətlərlə razıdırlarmı?

Məlumat üçün bildirək ki, hazırda Milli Park ərazisində 26 atraksion var.

ANN.TV