BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili iri məmuru belə məhv etdi – Video

Saakaşvili iri məmuru belə məhv etdi – Video

28-06-2015, 10:08
Oxunub: 2 957 Saakaşvili iri məmuru belə məhv etdi – VideoOdessa vilayətinin qubernatoru Mixail Saakaşvili təkcə yerli məmurlara deyil, ümumilikdə Ukrayna hakimiyyətinin təmsilçilərinə problemlər yaratmağa başlayıb

AzPolitika.info-nun məlumatına görə, bu gün o, Ukrayna Dövlət Aviasiya Xidmətinin rəisinin işdən çıxarılmasına nail olub. Saakaşvili bu xidmətin rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb və bütün bunlar kameralar qarşısında baş verib. Xidmət rəhbərinin Saakaşviliyə cavab vermək cəhdləri uğursuz olub, Odessa vilayətinin rəhbəri onu dinləmək istəməyərək iclas zalını tərk edib.

Bundan sonra Saakaşvili öz Feysbuk səhifəsində məlumat verib ki, Ukrayna prezidenti Poroşenko Aviasiya Xidməti rəisinin işdən uzaqlaşdırılması haqda qərar qəbul edib. Saakaşvili bununla bağlı yazır:
“Prezident Poroşenko bir daha sübut etdi ki, o, dünyanın azsaylı liderlərindəndir ki, lazım gələndə qətiyyətli qərarlar qəbul edə bilir. İnfrastruktur naziri və mənimlə görüşü zamanı, o, göstəriş verdi ki, Dövlət Aviasiya Xidmətinin rəhbəri Denis Antonyuk təcili sürətdə vəzifəsinin icrasından uzaqlaşdırılsın. Bu onu sübut edir ki, oliqarxsızlaşdırma proqramı yalnız şüar deyil və real siyasətə çevrilir. Biz, nəhayət Odessada “açıq səma” rejiminə nail olduq. Hesab edirəm ki, zamanla bu qərarın müsbət nəticələrini bütün vətəndaşlar hiss edəcəklər.”

Saakaşvilinin Dövlət Aviasiya Xidmətinin rəhbəri ilə sərt dialoqunun videosunu təqdim edirik.
BOLGEXEBER.COM