Bakıda polis vətəndaşa görə canından keçdi – VİDEO
4-07-2015, 14:01
Oxunub: 4 261
Zaur Nurəliyev 40 gün əvvəl ata olmuşdu
Bakıda polis əməkdaşı dənizdə batıb.
BOLGEXEBER.COM FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.
APA TV-nin məlumatına görə, batan şəxsin polis əməkdaşı olduğu üzə çıxıb.
Məlumata görə, o, Suraxanı rayon Mühafizə İdarəsinin əməkdaşı Nurəliyev Zaur Zakir oğludur.
Çavuş vəzifəsində çalışan Zaur Nurəliyev Xəzər dənizinin Şüvəlan qəsəbəsi hissəsində batan ər və arvadı xilas etməyə çalışıb.
O, qadını xilas etsə də, qadının ərini xilas edə bilməyib və özü də batıb.
Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, dənizdə Batan Zaur Nurəliyev İsmayıllı rayonunun Buynuz kəndindəndir. Onun cəsədi artıq sudan çıxardılaraq, dəfn edilmək üçün doğulduğu rayona aparılıb.
Bildirilir ki, vətəndaşlar küləkli havada dənizdə çimərkən boğulmağa başlayıblar.
Öz növbəmizdə qeyd etmək istərdik ki, edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, vətəndaşlarımız çimmək qadağan olunan hava şəraitində də suya girməkdən çəkinmirlər və belə hallar insan ölümü ilə nəticələnir.
Onu da əlavə edək ki, dənizdə boğulan Zaur Nurəliyev 40 gün əvvəl ata olmuşdu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər