BolgeXeber.Com » BÖLGƏ TV » Saatlıda işdən çıxarılmış bələdiyyə sədrindən şok açıqlamalar-VİDEO

Saatlıda işdən çıxarılmış bələdiyyə sədrindən şok açıqlamalar-VİDEO

7-07-2015, 17:31
Oxunub: 3 494 Saatlıda işdən çıxarılmış bələdiyyə sədrindən şok açıqlamalar-VİDEOFüzuli Cəfərov bələdiyyə sədri seçildikdən sonra tezliklə icra başçısı seciləcəyini deyib və bunun şərəfinə dəfələrlə ziyafətlər də təşkil edib

BTV bildirir ki,Saatlı rayonunun keçmiş bələdiyyə sədri Füzuli Cəfərov şok açıqlamalarla gündəmə öz damğasını vurub.Belə ki,Füzuli Cəfərov artıq bir necə gündür ki,vəzifəsindən uzaqlaşdırılıb və bundan sonra o etirazlar etməyə başlayıb.Onun sözlərinə görə Saatlı rayonunda aparılan abadlıq-quruculuq işlərinin əksəriyyəti onun tapşırığına əsasən həyata keçirilir.Elə bu yaxınlarda Saatlı rayon Muğan parkında aparılan abadlıq işlərini nümunə olaraq göstərir.
Füzuli Cəfərov deyir ki,Saatli rayon İcra hakimiyyətinin nümayəndələri onu izləyirlər məhz buna görə də o rayonda rahatlıqla gəzə bilmir.
O həmçinin bildirdi ki,yeni seçilən bələdiyyə sədri saxtakarlıq edib,yəni o 25 min manat İcra Hakimiyyətinin nümayəndələrinə verərək sədr vəzifəsinə sahiblənib.
Məsələ ilə bağlı Saatli rayon icra hakimiyyətinin birinci müavini İlham Quliyev ilə əlaqə yaratdıq.O bildirdi ki,bütün bu deyilənlər hamısı qərəzli sözlərdir,yeni sədr bələdiyyə sədrinin müşavirində razılığa əsasən seçilib və o,artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki,Füzuli Cəfərov bələdiyyə sədri seçildikdən sonra tezliklə icra başçısı seciləcəyini deyib və bunun şərəfinə dəfələrlə ziyafətlər də təşkil edib.
BOLGEXEBER.COM