BolgeXeber.Com » BÖLGƏ TV » Sabirabadın yolları üçün ayrılan vəsait hara xərclənir?-VİDEO

Sabirabadın yolları üçün ayrılan vəsait hara xərclənir?-VİDEO

10-07-2015, 10:55
Oxunub: 2 782 Sabirabadın yolları üçün ayrılan vəsait hara xərclənir?-VİDEOArtıq necə ildir ki,bərbad vəziyyətdə olan bu yolllar diqqətdən kənarda qalıb

Son illər dövlət başçısının sərəncamları ilə əksər rayonların eləcə də Bakıətrafı yolların təmirinə vəsait ayrılıb. Bu istiqamətdə görülən tədbirlərə baxmayaraq hələ də bərbad vəziyyətdə olan yollarımız var. BTV bildirir ki,buna Sabirabad rayonunun yollarını missal gostərmək olar.Belə ki,artıq necə ildir ki,bərbad vəziyyətdə olan bu yolllar diqqətdən kənarda qalıb. Adıçəkilən yolda asfalt örtüyünün dağılması avtomobillərin hərəkətinə çətinlik yaradır. Yolun bərbad vəziyyətdə olması həmçinin ağır qəzaların baş verməsinə də şərait yaradır. Yerli icra orqanlarına ayrılan vəsait yolların çəkilməsinə xərclənməli olsa da, bəzən bu məbləğ lazım olan yerlərə xərclənmir.
Bəli,məmurların öz problemləri yetəri qədər olduğu üçün ayrılan vəsait yalnız onların öz problemlərini həll edir,yolların inşaası isə ikinci plana keçib.Ya da ümumiyyətlə heç planda yoxdur. Sakinlər deyir ki,məsələ ilə bağlı dəfələrlə aidiyyat qurumlara müraciət etsək də heç bir tədbir görülməyib
Bolgexeber.com