BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabaddakı "meşə soyqırımı"na münasibət bildirildi-VİDEO

Cəlilabaddakı "meşə soyqırımı"na münasibət bildirildi-VİDEO

17-07-2015, 14:18
Oxunub: 2 558 Cəlilabaddakı "meşə soyqırımı"na münasibət bildirildi-VİDEOMeşə gözətçisinin səhlənkarlığı və vətəndaşlar tərəfindən aşkar olunmuş qırıntlara görə 78 ədəd ağac qanunsuz olaraq kəsildi üçün,11 saylı dolayın gözətçisi tutduğu vəzifəsindən azad edilib

Cəlilabad rayonunda meşələrin qırılması ilə bağlı sizə məlumat vermişdik.BTV bildirir ki,süjetdə adı çəkilən Cəlilabad rayon Meşə Mühafizəsi və Bərpası idarəsindən məsələ ilə bağlı açıqlama gəlib. İdarənin direktor əvəzi Şahin Cəfərov bildirdi ki, 2015-ci ilin altı ayı ərzində 11 saylı dolayın ərazisində aparılan yoxlamalar nəticəsində meşə gözətçisinin səhlənkarlığı və vətəndaşlar tərəfindən aşkar olunmuş qırıntlara görə 78 ədəd ağac qanunsuz olaraq kəsildi üçün,11 saylı dolayın gözətçisi tutduğu vəzifəsindən azad edilib. O,həmçinin qeyd etdi ki,qırıntılarla bağlı bizdə yerlər ayrılır. Tör -tökuntudən hazırlanan sanitar qırıntılar il ərzində 180-200 kub metr həcmində biletlə satış üçün vətəndaşlara icazə verilir. Hər halda planetin oksigen mənbəyinin kəsilməsi heç də yaxşı bir hal deyil və bu halların qarşısının alınması sevindirici bir haldır!

Bolgexeber.com