BolgeXeber.Com » BÖLGƏ TV » AZAL qiymətləri necə təyin edir? - VİDEO

AZAL qiymətləri necə təyin edir? - VİDEO

18-07-2015, 12:55
Oxunub: 912 AZAL qiymətləri necə təyin edir? - VİDEOBir çox inkişaf etmiş ölkədə belə dövlət dəstəyi olmayan özəl aviaşirkətlər Azərbaycandan dəfələrlə yüksək gəliri vətəndaşlarına AZAL-dan daha ucuz xidmət təklif edirlər

Azərbaycan Hava Yollarının baha qiymətləri dövlət başçısının tənqidindən sonra ölkənin ən önəmli mövzularından biri olaraq qalmaqdadır. Dövlətin tam maliyyə dəstəyi ilə işləyən AZAL-ın heç bir yardımı olmayan xarici özəl şirkətlərdən dəfələrlə baha xidmət təqdim etməsi suallar doğurur. Bəs AZAL bu qiymətləri nəyin əsasında müəyyən edir? Xəzər Xəbər bu suala cavab axtarıb.

Azərbaycan Hava Yolları Şirkətinin qiymət siyasəti prezidentin tənqidindən sonra medianın ən əsas gündəm maddələrindən birinə çevrilib. Sual doğuran daha bir mövzu AZAL-ın qiymətləri nəyə əsasən müəyyənləşdirməsidir. Yəni aeroportdan tutmuş təyyarələrə və burada çalışanların maaşına qədər hamısını dövlətin təmin etdiyi bir şirkətdə qiymətlər niyə bu qədər yüksəkdir? Bir çox inkişaf etmiş ölkədə belə dövlət dəstəyi olmayan özəl aviaşirkətlər Azərbaycandan dəfələrlə yüksək gəliri vətəndaşlarına AZAL-dan daha ucuz xidmət təklif edirlər.

Diqqət çəkən məqamlardan biri də beynəlxalq hava nəqliyyatında hər kilometrə hesablanan maya dəyəri mövcudddur. Belə informasiya cəmiyyətə açıq olmalı və onun üzərinə neçə faiz qoyulduğunu hər bir vətəndaş bilməlidir. Ancaq AZAL-ın belə bir rəqəmlə bağlı heç bir informasiyası yoxdur.

Mütəxəssislər qiymət məsələsində uzun müddətdir AZAL-ın bahaçılıq xətti tutmasının bu sahədəki inhisarlığı ilə izah edirlər. Ekspertlər bildirir ki, ölkədə ən azı 3 iri aviaşirkət olsa rəqabət mühiti qiymətlərin bu qədər yüksək olmasına imkan verməz.
Bolgexeber.com