BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili milyonçunun çimərlikdəki hasarlarını sökdürdü – Video

Saakaşvili milyonçunun çimərlikdəki hasarlarını sökdürdü – Video

21-07-2015, 11:07
Oxunub: 3 046 Saakaşvili milyonçunun çimərlikdəki hasarlarını sökdürdü – VideoOdessa qubernatoru bir neçə ildir oliqarxlardan birinin nəzarətində olan çimərliyi odessalıların ixtiyarına verib

Bu barədə Odessa qubernatoru Mixail Saakaşvili özünün Feysbuk səhifəsində yazıb. O qeyd edib ki, bu oliqarx bir neçə il əvvəl çimərliyi qanunsuz olaraq zəbt edib, hündür beton divar tikdirib və əraziyə it buraxıb. “Oliqarx özü şəxsi helikopteri ilə ayda cəmi bir dəfə çimərliyə gəlir, ayın qalan günləri çimərlik boş olur. Bu gündən etibarən bu özbaşnalığa son qoyduq. Odessalılara uzun illərdən sonra bu çimərlikdə dincəlmək imkanı verdiyim üçün şadam”. Saakaşvili həm də qeyd edib ki, digər çimərliklər də yoxlanılır və qanunsuzluq olarsa, anoloji tədbir görüləcək. “Mən bu barədə cinayət işi qaldırmaq və bütün çimərlikləri yoxlatdırmaq niyyətindəyəm”, - Saakaşvili yazıb. Odessa qubernatoru oliqarxın adını çəkməyib, ancaq ehtimal olunur ki, bu, Vasili Xmelnitskidir. Hələ 2013-cü ildə media yazırdı ki, o, ən müasir, 5 milyon dollarlıq Bell-429 helikopteri ilə Odessada istirahətə öz şəxsi “Yaşıl sahil” çimərliyinə gəlir. axar.az