BolgeXeber.Com » BÖLGƏ TV » Üfunət qoxusuna bürünən Səbail rayonu-VİDEO

Üfunət qoxusuna bürünən Səbail rayonu-VİDEO

22-07-2015, 16:02
Oxunub: 3 296 Üfunət qoxusuna bürünən Səbail rayonu-VİDEOYay aylarında Bakı sakinlərinin narazılığına səbəb olan məqamlardan biri zibillərin vaxtı-vaxtında daşınmamasıdı

Məlum məsələdir ki , zibilin çox olduğu yerdə üfunət qoxusu da, xəstəlik mənbəyi olan həşəratlar da bol olacaq. BTV bildirir ki, Bakının Səbail rayonunda da bu cür xoşagəlməz halları gündəlik müşahidə etmək mümkündür. Belə ki,əməkdaşlarımızın çəkdiyi kadrlardan da göründüyü kimi Səbail rayon icra hakimiyyəti binasından heç də uzaqda yerləşməyən bu ərazi sözün əsl mənasında zibil poliqonuna çevrilib. 20-ci sahə kimi tanınan ərazini də məişət tullantılarının mənbəyi hesab etmək olar.Burada zibil yeşiklərinin dolub,daşdığını hər növ həşəratları görmək mümkündür.Nəfəs almağa imkan verməyən üfunət qoxusu isə öz yerində. Biz gördüyümüz mənzərənin səbəbinə aydınlıq gətirmək məqsədilə Səbail rayon icra hakimiyyətilə əlaqə saxladıq. Lakin zənglərimizə cavab verən olmadı.
Bolgexeber.com