BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda fəhlələr etiraz edir-VİDEO

Bakıda fəhlələr etiraz edir-VİDEO

23-07-2015, 17:01
Oxunub: 1 276 Bakıda fəhlələr etiraz edir-VİDEOFəhlə bazarında fəhlələr ayağa qalxdı

Aralarında tələbə, müəllim, idmançı və sürücü də olan fəhlələr BTV-yə müraciət edərək,dərdlərinə dərman axtarışına çıxdılar. Onlar yayın bu cırhacırında da MDB-nin ən böyük körpüsünün (“Xalqlar dostluğu” yaxınlığında) altında dayanaraq evlərinə bir tikə çörək aparmaq üçün saatlarla çarəsiz şəkildə müştəri gözləyirlər.
Söhbət Bakının Xətai rayonunda yol ötürücüsünün yanında dayanan, günəmuzd işləyən fəhlələrdən gedir. Özlərinə müvafiq iş tapa bilməyən fəhlələr deyir ki,dəfələrlə işlə bağlı işə düzəltmə orqanlarına müraciət etmişik onlar hərəmizdən 10 manat alaraq,bizi aldadıblar.Həmçinin fəhlələrin sözlərinə görə ,Sosial Müdafiə Mərkəzi də onlara yardım etməkdən boyun qaçırır. Məlumat üçün bildirək ki,burada müxtəlif bölgələrdən gələn fəhlələr var,onların arasında Cəlilabad,Astara,Yevlax,Şamaxı rayonlarından gələnlər daha çox üstünlük təşkil edir. Azər isə ali təhsilli müəllimdir. O,nə az,nə çox düz 11 il Astara rayon orta məktəblərinin birində müəllim kimi işləyib,lakin rüşvətxorluğun at oynatdığı bir məktəbdə işləmək istəməyərək,işdən çıxıb. Əldə etdiyimiz son məlumata görə biz çəkiliş apardıqdan sonra paytaxt polisi həmin çarəsiz adamları ərazidən uzaqlaşdırıb, onlara iş üçün ora toplaşmağa icazə verməyib.
Bolgexeber.com