BolgeXeber.Com » BÖLGƏ TV » Qəbələdə sel: Evlər və maşınlar zədələndi - VİDEO

Qəbələdə sel: Evlər və maşınlar zədələndi - VİDEO

24-07-2015, 17:50
Oxunub: 2 847 Qəbələdə sel: Evlər və maşınlar zədələndi - VİDEOQəbələdə güclü yağış bir neçə kəndə böyük ziyan vurub. Xüsusilə Qəmərvan kəndində bəzi evlər və maşınlar sel suları altında qalıb

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində olub, vəziyyəti qiymətləndiriblər.

Bolgexeber.com Kanal S-ə istinadən xəbər verir ki, dağlardan gələn sel suları Tikanlı və Abrıx kəndinə gedən yolu sıradan çıxarıb. Nəticədə kəndin hər iki istiqamətində hərəkət məhdudlaşıb. Kəndlə əlaqə kəsildiyindən sakinlər çayı piyada keçmək məcburiyyətində qalıblar. Hələlik iki kəndlə rayonu birləşdirən yol yararsiz vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, hadisə nəticəsində bəzi yaşayış evlərinə, avtomobillərə, fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Kənd sakinləri Qəmərvan çayının üzərində olan körpünün tezliklə düzəlməyinə və iki kəndlə rayon mərkəzini birləşdirən yolun bərpa olunacağına ümid edirlər.