BolgeXeber.Com » BÖLGƏ TV » Şirvanda yaşayış binasının sakinləri təhlükə ilə üz-üzədir-VİDEO

Şirvanda yaşayış binasının sakinləri təhlükə ilə üz-üzədir-VİDEO

25-07-2015, 10:21
Oxunub: 2 525 Şirvanda yaşayış binasının sakinləri təhlükə ilə üz-üzədir-VİDEOBu küçədə yaşayan sakinlərin bir qrupu binalarının qəzalı vəziyyətdə və həyat üçün çox təhlükəli olmasından şikayətlənir

Şirvan şəhər Sahib Zeynalov küçəsinin sakinləri əlacsız vəziyyətdə olduqlar üçün BTV-yə üz tutdular.Onları dilə gətirən səbəb isə yaşadıqları binanın yararsız vəziyyətdə olmasıdır. Bu küçədə yaşayan sakinlərin bir qrupu binalarının qəzalı vəziyyətdə və həyat üçün çox təhlükəli olmasından şikayətlənir. Onlar həyatlarının illərdir təhlükə qarşısında qaldığını və aidiyyəti qurumlara etdikləri şikayətlərə məhəl qoyulmadığını bildirirlər. Fotolordan da göründüyü kimi binanın üzlükləri qopub, tökülüb. Üstəlik binanın zirzəmisində də hər cür məişət tullantıları,həşaratlar tapmaq mümkündür. Təbii ki,bu cür vəziyyət ətrafa dəhşətli üfunət qoxusu yayır, sakinlər də bu zir-zibilin yaratdığı çirkli havanı udmağa məcburdular. Hər halda görünən odur ki,bu binada yaşayan sakinlərin acınacaqlı taleyi heç kimi maraqlandırmır. Əgər belə olmasaydı sakinlərin dəfələrlə şikayətləri nəzərə alınıb,müvafiq addımlar atılardı.

Bolgexeber.com