BolgeXeber.Com » BÖLGƏ TV » Bu lampa 1 stəkan duzlu su ilə 8 saat yanır - FOTO-VİDEO

Bu lampa 1 stəkan duzlu su ilə 8 saat yanır - FOTO-VİDEO

29-07-2015, 17:35
Oxunub: 2 635 Bu lampa 1 stəkan duzlu su ilə 8 saat yanır - FOTO-VİDEOFilippində kənd icmaları tezliklə şam və batareya qurğularını dəniz suyu ilə işləyən lampalarla dəyişəcəkdir. FaktXəbər-in verdiyi məlumata görə, SALt (tərcümədə duz) adlanan işıqlandırma layihəsi 7000-dən çox adadan ibarət ölkəyə təhlükəsiz və ekoloji təmiz üsul – duzlu su təklif edir.
«Bu sadəcə məhsul deyil, bu ictimai hərəkatdır», - deyə hərəkatın təşəbbüskarları bildirib.

Qeyd edək ki, bu ölkənin vətəndaşları əvvəllər evlərində şam, parafin, yaxud da batareya ilə qidalanan lamalar istifadə edirdilər. Bu da çox vaxt yanğınla nəticələnirdi.

Duz lampası üçün bir stəkan suya 2 xörək qaşığı duz tökülür. Hətta dənizdəki duzlu su da 8 saat işıq üçün kifayət edir.

FaktXəbər-in verdiyi məlumata görə, qurğunun elektrdou istifadə şəraitindən və müddətindən asılı olaraq bir ilə kimi istifadə oluna bilər.

İlin sonuna kimi bu lampalardan smartfonları və digər qurğuları enerji ilə doldurmaq üçün istifadə etmək olacaq.
Bolgexeber.com