BolgeXeber.Com » BÖLGƏ TV » TRT-nin aparıcısı şəhid xəbərini səsləndirərkən ağladı - VİDEO

TRT-nin aparıcısı şəhid xəbərini səsləndirərkən ağladı - VİDEO

31-07-2015, 14:13
Oxunub: 4 389 TRT-nin aparıcısı şəhid xəbərini səsləndirərkən ağladı - VİDEOQəhrəman mayor sinəsini güllə qabağına verərək, həyat yoldaşını xilas edibQəhrəman mayor sinəsini güllə qabağına verərək, həyat yoldaşını xilas etdi.

Son günlər Türkiyədə İŞİD və PKK terrorçularına qarşı əməliyyatlar geniş vüsət alıb.

Oxu.Az xəbər verir ki, keçirilmiş əməliyyatlar nəticəsində xeyli terrorçu məhv edilsə də, türk ordusunun da itkiləri var.

Bu günlərdə isə terrorçularla döyüşdə türk ordusunun mayoru (minbaşı) Arslan Kulaksız şəhid olub.

Şəhidlə bağlı reportajı yayımlanan TRT Haber telekanalının aparıcısı isə bu zaman göz yaşlarını saxlaya bilmir.

Kadrlara diqqət yetirdikdə, gənc aparıcı qızın bu xəbəri tamaşaçılara çatdırarkən gözlərinin necə dolduğunu aydın izləmək olar.

Xatırladaq ki, şəhid mayor Arslan Kulaksız Malazgirt şəhər polisinin başçısı olub.

Terrorçular mayor və onun həyat yoldaşının olduğu avtomobili atəşə tutublar.

Qəhrəman mayor sinəsini güllə qabağına verərək, həyat yoldaşını xilas edib.

Həmin görüntüləri təqdim edirik.
Bolgexeber.com

TRT-nin aparıcısı şəhid xəbərini səsləndirərkən ağladı - VİDEO
TRT-nin aparıcısı şəhid xəbərini səsləndirərkən ağladı - VİDEO