Tacir Şahmalıoğlunun qardaşı sahildən 5 km uzaqda batıb - RƏSMİ(VİDEO)
1-08-2015, 21:01
Oxunub: 4 337
Müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batmasının bəzi detalları məlum olub
APA TV-nin məlumatına görə, hadisə Novxanı çimərliyindən 3500 metr sol tərəfdə, çimmək üçün qadağan olunmuş ərazidə baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev APA TV-yə bildirib ki, iyulun 31-də saat 14:50 radələrində Dövlət Sularda Xilasetmə Xidmətinə Novxanı çimərliyindən 3500 metr sola, təxminən 5 kilometr dənizin içinə doğru ərazidə skuterin aşması və suda boğulan şəxslərin olması ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal Xilasetmə Xidmətinin Bakı Dalğıc Axtarış Qrupu və Novxanı Xilasetmə Məntəqəsinin Dalğıcları cəlb olunub.
İlkin məlumatlara görə, skuterdə 3 nəfər olub. Onlardan 2-nin əynində qoruyucu jilet olduğu üçün suyun üzündə qalıblar. Əynində jilet olmayan 36 yaşlı Mahir Abdullayev isə dənizdə batıb.
Skuterdə olan şəxslər dənizin 5 kilometr dərinliyinə qədər irəliləyiblər. Təhlükəsizliklə bağlı qaydalara əməl etmədikləri üçün faciə qaçılmaz olub. Mansur Piriyevin sözlərinə görə, skuterə 3 nəfərin minməsi və uzaq məsafəyə getməsi təhlükəsizlik qaydalarına uyğun deyil. Dənizin dərinliyinə doğru dalğaların yüksək olması skuterlər üçün təhlükəlidir. Su nəqliyyat vasitələrinin istifadəsi üçün müəyyən tələblər var. İstirahət məqsədilə istifadə olunan skuterlər spirtli içki qəbul edən şəxslərə qadağandır. Həmin şəxslərin mütləq sürücülük vəsiqəsi olmalı, onlar çimərlik ərazisində yox, xüsusi şarlarla ayrılmış zolaq vasitəsilə suya daxil olub, sudan çıxa bilərlər.
Qeyd edək ki, hazırda Mahir Abdullayevin cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər