"Qarabağ" - "Seltik" matçının biletləri 10 qat baha satılır (VİDEO)
3-08-2015, 12:05
Oxunub: 2 649
"Qarabağ" - "Seltik" matçına bilet satışına start verilib
BAKU.WS-in məlumatına görə, Çempionlar Liqası təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək qarşılaşmanın biletləri satışa çıxan kimi bəzi işbazların iştahı qabarıb. Artıq məlumdur ki, qara bazar alverçiləri kassalardan çox sayda biletlər əldə edib. Onlar iddia edirlər ki, futbol matçının başlamasına az müddət qalmış biletləri satmağa başlayacaqlar.
Məhz bu amillərə görə, "Qarabağ" kassalarında biletlərin satışının dayandırılması barədə qərar qəbul edilib. Hazırda təsnifat mərhələsinin cavab oyunun biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə etmək olar. Gizli yolla bilet satan şəxslərlə bağlı hüquq-mühafizə orqanları məşğul olacaqlar.
Xatırladaq ki, kassalaradan bir nəfərə maksimum 3 bilet satmağa icazə verilir. Biletlərin dəyəri 1 AZN-dən 50 AZN-ə qədər dəyişir. Matç 4 avqustda yerli vaxtla 21:30-da start götürəcək.
Göndərilən bir videoda işbazın təsadüfi yoldan keçən şəxslə danışdıqları qeydə alınıb. O, biletləri hansı yolla əldə etdiyini və bu biletləri necə satacağını izah edir. "Qarabağ" klubunun formasını geyinmiş gənc futbol matçı baş tutan gün Respublika stadionunun kassalarında 1 manata alınmış biletləri 10-15 manata satacaq. Azyaşlı uşaqların köməyi ilə 25 ədəd bilet ala bilən işbaz qara bazarda bu biletləri sataraq yüksək qazanc əldə etmək niyyətindədir.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər