BolgeXeber.Com » BÖLGƏ TV » Direktor teatrdakı qalmaqallı videodan danışdı – “Diqqətlə baxın...”

Direktor teatrdakı qalmaqallı videodan danışdı – “Diqqətlə baxın...”

4-08-2015, 15:51
Oxunub: 3 228 Direktor teatrdakı qalmaqallı videodan danışdı – “Diqqətlə baxın...”Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru Asim Muxtarov mətbuata qalmaqallı video göndərib. Video teatrın zirzəmisində fəaliyyət göstərən "Premyer" studiyasında çəkilib.


Aktyor iddia edir ki, studiya direktor Səxavət Məmmədova məxsusdur və teatr xadimələrini sözügedən studiyada işlədirlər:

“Həmin studiyanın və orada çalışan üç nəfərin teatra heç bir aidiyyatı yoxdur. Sadəcə, direktor başqa yerdə icarə haqqı ödəməmək üçün şəxsi studiyasını teatrın zirzəmisində yerləşdirib və xadimələri də orada işlədir".

Məsələyə aydınlıq gətirmək üçün Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovla əlaqə saxladıq. Direktor AzNews.az-a açıqlamasında teatrın nəzdində bir neçə xidmət sahələrinin olduğunu açıqladı:

“Orada çalışanların hər biri teatrın əməkdaşlarıdır. Biz buna görə dövlətə vergi veririk. O videoya diqqətlə baxsanız görərsiniz ki, orada çap maşının üstündə olan teatrın tamaşasının afişasıdır. Burada hansı biznesdən danışmaq olar? Mən bilmirəm bunu mətbuata çıxaranlar nə istəyir? Özünüz ərizə yazıb teatrdan çıxmısınız”.

S.Məmmədov qeyd edir ki, rəhbərliyi altında fəaliyyət göstərən teatrda “Premyer” adlı müəssisə yoxdur:

“Gəlsinlər baxsınlar, görsünlər ki, ora hansı xidmət sahəsidir və o, hara üçün çalışır. Teatrın özünün daxilində çap, kafe, avtomobil dayanacağı xidmətləri var. Bunlar teatrın özünü saxlaması və burada çalışan aztəminatlı ailələrə yardım məqsədi ilə yaranan xidmət sahələridir”.

Xatırladaq ki, Mingəçevir Dövlət Dram Teatrının keçmiş aktyoru Asim Muxtarovun məktubu və videosu “ölkə.az” saytında dərc olunub.

Həmin videonu təqdim edirik:
Bolgexeber.com