Səfər Əbiyevdən ciddi cəza tədbiri
14-02-2012, 13:25
Oxunub: 6 502
Hərbi hissə komandiri, qərargah rəisi işdən azad edildi, bölük komandiri həbs olundu
Fevralın 4-də Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Əmiraslanov Mehman Əmiraslan oğlunun özünə qəsd etməsi ilə bağlı araşdırma aparılıb və məsuliyyət daşıyanlar cəzalandırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumatda bildirilir ki, Müdafiə Naziri general-polkovnik Səfər Əbiyevin əmri ilə hərbi hissənin komandiri mayor Əhmədov Etibar İsabala oğlu xidməti vəzifəsini dürüst və layiqincə yerinə yetirmədiyinə və buraxdığı digər nöqsanlara görə tutduğu vəzifədən azad olunub. Hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Məcidov Vüqar Yadigar oğlunun barəsində isə intizam qaydasında ciddi ölçü götürülüb. Qanunsuz hərəkətlərə yol verdiyinə görə bölük komandiri baş leytenant Babayev Nihad Nizami oğlu da tutduğu vəzifədən kənarlaşdırılıb. Onun barəsində cinayət işi başlanılaraq həbs edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər