BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili rüşvətxor prokuroru biabır etdi - VİDEO

Saakaşvili rüşvətxor prokuroru biabır etdi - VİDEO

8-08-2015, 09:54
Oxunub: 2 362 Saakaşvili rüşvətxor prokuroru biabır etdi - VİDEO"Prokurorluq ukraynalıların ən az inandığı instansiyadır"

Bolgexeber.com axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeşl Saakaşvili rayon prokurorlarının fəaliyyətinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

"İnsanlar prokurorluğa qırmızı parçaya baxan öküz kimi yanaşırlar və onu yandırmağa çağırırlar. Görünür, rayon prokurorluğunun vətəndaşlara yanaşmasında problem var. Təəssüf ki, mən öz səlahiyyətlərinə düzgün yanaşa bilməyən bir neçə prokuror tanıyıram", - Saakaşvili bildirib.

Odessa qubernatoru rayon prokurorluğuna yeni komanda yığma çağırıb. Onun sözlərinə görə, bütün vicdanlı hüquqşünaslar prokurorluğa sənəd verməli və xüsusi komissiya isə ən layiqli namizədi seçməlidir.