BolgeXeber.Com » BÖLGƏ TV » Döyülən jurnalist Rasim Əliyev vəfat etdi- Sonuncu müsahibəsi(VIDEO)

Döyülən jurnalist Rasim Əliyev vəfat etdi- Sonuncu müsahibəsi(VIDEO)

9-08-2015, 11:00
Oxunub: 3 338 Döyülən jurnalist Rasim Əliyev vəfat etdi- Sonuncu müsahibəsi(VIDEO)Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb

Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Bu barədə Amerikanın Səsinə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib.

Avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun qabırğaları sınıb və sol qulağı eşitmir.

Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib.

Gülnarə Əliyeva bildirib ki, gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasında cərrahi əməliyyat olunub. Bundan sonra reanimasiya şöbəsinə köçürülüb və orada vəfat edib.

Hazırda jurnalistin cəsədi Respublika Xəstəxanasının morquna yerləşdirilib/ ("Amerikanın səsi").
***
Bu gün jurnalist Rasim Əliyevin “Qəbələ” klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyü haqda məlumatlar yayılıb. Jurnalist Meydan TV-yə açıqlamasında buna səbəb kimi Facebook səhifəsində yazdığı tənqidi status göstərib.

Bununla bağlı Cavid Hüseynov özü “Qafqazinfo”ya açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib:

“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam. Mәhəllәdә hәr yerdә ailәmә qarşı münasibәti gör. Biz 3 uşaq olmuşuq vә özümüzü necә aparmışıq gәl gör. Mәdәniyyәtimizi dә özün görәrsәn. Anam “astanovka”dan evә gәlәndә uşaqlar onu necә sevinclә qarşılayır. O jurnalistә hәr şeyi olduğu kimi danışdım...”

Cavid Hüseynovun sözlərinə görə, futbolçu Rasim Əliyev ondan hətta bu paylaşıma görə üzr də istəyib:

“Videoya kim baxsa, görәr ki, mən yumruğumu yumruğuma vurub bizim yumruq kimi ölkә olduğumuzu demişәm. Biz qardaşıq, biz dostuq. Ona dedim ki, yazını düzәlt. Dedi ki, oldu. Üzr istәyirәm sәhvimә görә. Biz bunları danışmışıq. Amma döymәk söhbәti düzgün deyil”.
Bolgexeber.com