BolgeXeber.Com » BÖLGƏ TV » `Uşaqların ağlamağına dözmək olmur...`Evdən qaçan gəlinin əri-VİDEO

`Uşaqların ağlamağına dözmək olmur...`Evdən qaçan gəlinin əri-VİDEO

20-08-2015, 19:12
Oxunub: 1 604 `Uşaqların ağlamağına dözmək olmur...`Evdən qaçan gəlinin əri-VİDEO“Bir-birimizi sevərək ailə qurmuşuq”

Ucarda 24 yaşlı qız evdən qaçıb.

Bolgexeber.com region tv-yə istinadən xəbər verir ki, Ucar rayonunun Qaracallı kəndində yaşayan, 24 yaşlı Şəlalə Rüstəmovanın gecə saatlarında naməlum şəkildə evdən çıxaraq getməsindən ailə üzvlərinin xəbəri olmayıb.

Qaynatası Azər Rüstəmov bildirir ki, gəlin onun mobil telefonunu, həyətdə olan avtomobilin açarını və özünə məxsus qızılları götürərək evdən qaçıb.

Azər Rüstəmov – qaynata: “Baxdım ki, telefonum yoxdur. Yoldaşımdan soruşdum. O da gəlindən soruşmaq üçün otağına getdi, gördük ki, otağında yoxdur. Evi axtardıq, heç yerdə tapmadıq. İstədim, maşınla gedim küçəyə, amma gördüm ki, maşının açarı yerində yoxdur. Sonra qardaşımla yolboyu getdik, axtardıq, amma görmədik”.

Hadisə baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qaynananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar.

Reyhan Rüstəmova- qaynana: “Anasına zəng elədik. Amma çox soyuqqanlı qarşıladı, elə bil, heç nə olmayıb. Gəldilər bizə, başladıq axtarmağa”.

Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədənsəhəri gün xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən Arif sevdiyi xanımın onu və üç azyaşlı övadını nə vaxtsa ataraq qaçacağını təsəvvür belə etmədiyini deyir. Onun sözlərinə görə, Şalalənin telefonu olmasa da son bir neçə ayda ailədən gizli telefon işlədib, nömrəni isə qardaşından alıb.`Uşaqların ağlamağına dözmək olmur...`Evdən qaçan gəlinin əri-VİDEO

Arif Rüstəmov – Şəlalə Rüstəmovanın həyat yoldaşı: “Bir-birimizi sevərək ailə qurmuşuq. Heç kim bizi məcbur etməyib. Pis-yaxşı dolanırdıq, Rusiyaya gedib-gəlirdim, qazanc üçün. Eşitdim ki, qaçıb, qayıtdım. Südəmər uşaqlarımız var, bütün günağlayırlar, dözmək olmur. Uşaqların xətrinə qayıtsın, qəbul edirik”.

Bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda olduğunu bildirib. Bütün olanlara baxmayaraq ailə uşaqların xətrinə gəlinin geri qayıtmasını istəyir.

Ucar Rayon Polis Şöbəsindən verilən məlumata görə, ailə tərəfindən rəsmi olaraq rayon polisinə müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasındahəmin gündən etibarən rayon polis şöbəsində Şəlalə Rüstəmovanın barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilib. Ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları Şəlalə Rüstəmovanı görənlərdən xahiş edir ki, 050-403-61-69 və 055-218-21-21 nömrələrinə zəng edərək məlumat versinlər.