BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtda dəhşətli hadisə: Maşın azyaşlının üstündən keçdi … (video)

Sumqayıtda dəhşətli hadisə: Maşın azyaşlının üstündən keçdi … (video)

24-08-2015, 18:28
Oxunub: 2 068 Sumqayıtda dəhşətli hadisə: Maşın azyaşlının üstündən keçdi … (video)Qəza müşahidə kamerasına düşüb

Sumqayıtda azyaşlının xəsarət alınması ilə baş verən qəza baş verib.

Xeberle.com xəbər verir ki, hadisə avqustun 20-də Sumqayıtın «Şərq” bazarının ətrafında qeydə alınıb.

Qəza ətrafda tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektlərindən birinin müşahidə kamerasına düşüb.

Görüntüdən belə məlum olur ki, valideynin nəzarətindən yayınan azyaşlı avtomobil yoluna qaçır.

Bu zaman yoldan keçən avtomibilin sürücüsü çox çalışsa da avtomobili saxlaya bilmir və uşaq avtomobilin altında qalır. Sürücü dərhal xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb və ona yardım göstərilib. Uşağın valideynləri isə qəza törədən sürücüdən məhkəməyə müraciət ediblər. Amma görünən odur ki, qəzanın baş verməsi valideynlərin övladlarını diqqətsiz yanaşması səbəbindən baş verir. (qəza anı 0:16)