Qənirə Paşayeva çağırış etdi
23-02-2012, 11:45
Oxunub: 6 815
Xanim Millət vəkili “Xocalı Qətliamı və sözdə erməni soyqırımı” adlı konfransda çıxış edib.
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu tərəfindən Dokuz Eylül Universitetində təşkil edilən “Xocalı Qətliamı və sözdə erməni soyqırımı” adlı konfransda çıxış edib.
“Qafqazinfo”nun məlumatına görə, konfransdan əvvəl Xocalı Soyqırımı ilə bağlı sərgiyə baxış olub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Heydər Əliyev Fondunun Xocalı Soyqırımı ilə bağlı hazırladığı filmin nümayişi ilə başlayıb.
Konfransda iştirak edən millət vəkili Qənirə Paşayeva öz çıxışında Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğulayaraq bu soyqırımı edənlərin ədalət qarşısında hesab verməli olduqlarını bildirmiş və “Xocalı Soyqırımı sənin, mənim, onun, bunun problemi deyildir. “Xocalı Soyqırımı bir Türk problemidir”- deyə əlavə edib.
Qənirə Paşayeva fevralın 26-da İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsi “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq” mitinqində iştirak etməyə çağırıb. Onlarla izmirli “biz də orda olacağıq”, - deyə bu çağırışa səs verib.
Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavanşir Vəliyev də çıxış edərək, Xocalı Soyqırımı barədə məlumat verib və Xocalı Soyqırımının bütün dünyanın diqqətinə çatdırılmasının və tanıdılmasının vacibliyini qeyd edib.
Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.
Konfransda sonra millət vəkili Türkiyənin tanınmış İHA Xocalı Soyqırımı, Ermənistanının işğalçılıq siyasəti barədə geniş müsahibə verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər