BolgeXeber.Com » BÖLGƏ TV » Batumidə “Əli və Nino“ heykəlini dağıtdılar – Video

Batumidə “Əli və Nino“ heykəlini dağıtdılar – Video

27-08-2015, 12:29
Oxunub: 2 647 Batumidə “Əli və Nino“ heykəlini dağıtdılar – VideoGürcüstanın Batumi şəhərində Qurban Səidin qəhrəmanlarının simvolu hesab olunan "Əli və Nino" heykəli dağıdılıb

Axar.az gürcü mətbuatına istinadən xəbər verir ki, yerli orqanlar heykəli dalğalardan qorumaq üçün başqa yerə köçürmək istəyirmiş. Lakin heykəllərin biri qaldırılanda yerə düşüb və məhv olub.

Bu haqda Gürcüstan respublikasının eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də rəsmi Feysbuk səhifəsində yazıb:

“Bu gün Batumidə rus oliqarxı İvanişvilinin fitvası ilə "Əli və Nino" heykəli məhv edilib”.

Xatırladaq ki, Tamara Kvesitadzenin işi olan Əli və Nino heykəli 2011-ci ildən dəniz sahilindən şəhərin girişini bəzəyirdi.
Bolgexeber.com