BolgeXeber.Com » BÖLGƏ TV » Uşaqların belini əyən təhsil sistemi - Video

Uşaqların belini əyən təhsil sistemi - Video

1-09-2015, 09:53
Oxunub: 2 476 Uşaqların belini əyən təhsil sistemi - VideoSon illər həm valideynlər, həm də balacaların çoxu məktəbli çantalarının ağır olmasından şikayət edir

Mütəxəssislər öz növbəsində ağır çantaların uşaqlarda bir çox xəstəliklərə yol açması qənaətindədir. Bəs bu problemdən uzaq olmaq üçün nə edə bilərik?


BOLGEXEBER.COM ANS TV-yə istinadən xəbər verir ki, dərslərin başlamasına demək olar ki, sayılı günlər qalıb. Valideynlər məktəbə yollanan uşaqları üçün məktəb ləvazimatı alarkən ən çox onların çantasına fikir verirlər. Çünki bəzən şagirdlərin götürdüyü çantalar ya özü ağır olur, ya da onun içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır.

Şəhər sakin Aydın Qambayev sözlərinə görə, məktəb çantasının özü ağır olanda, ona əlavə olaraq dəftər-kitab yığanda bu uşağa əziyyət olur.

Şəhər sakini Ürfan Məmmədli deyir ki, məktəb ləvazimatları çox ağırdı, hazırda baçım yeddinci sinifdə oxuyur kömək olmadan o, çantasını daşıya bilmir.

Şəhər sakini Şəlalə Muradova bildirir ki, çanta alan zaman birtərəfli asılan çanta almıram, çünki istifadə edə bilmir.

Həkim Alimə Ağalıyevanın fikrincə, uşaqların fizioloji cəhətdən formalaşdığı bir vaxtda bədənə düşən yük onun gələcək həyatında mənfi fəsadlara yol aça bilər. Onun sözlərinə görə, uşaqlara çanta seçərkən diqqətli olmaq lazımdır. Bu, zaman çantanın keyfiyyətli olması ilə bərabər ağırlığını da nəzərə almaq vacibdir: “Məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materiallına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır”.

Odur ki, uşaqların gələcək həyatlarında sağlamlıqla bağlı problem yaşanmasını istəmirsinizsə, indidən bu haqda düşünün.