BolgeXeber.Com » BÖLGƏ TV » Dünyanı kədərə boğan uşaq-Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)

Dünyanı kədərə boğan uşaq-Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)

4-09-2015, 10:11
Oxunub: 4 480 Dünyanı kədərə boğan uşaq-Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)Ərdoğan: "Acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcək"

Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.

Dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsusdur.

Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində sahilə çıxan meyitlər yaddaşlardan uzun müddət silinməyəcək. Uşaqların acınacaqlı taleyinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.Dünyanı kədərə boğan uşaq-Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)


G20 konfransının açılışında çıxış edən Ərdoğan acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcəkmi deyə dünyaya sual ünvanlayıb.

Ötən gecə dənizdə batan 2 qayıqda 5 nəfəri uşaq olmaqla 12 suriyalı həyatını itirib. Qəza nəticəsində batan 2 nəfərin meyitini hələ də tapmaq mümkün olmayıb.

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar.

Avropaya miqrant axının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Rahat həyat arzusu ilə yola çıxan minlərlə miqrant dənizdə bataraq həyatını itirirlər.ans

Dünyanı kədərə boğan uşaq-Bütün dünya bu uşaqlardan danışır (FOTO, VİDEO)