BolgeXeber.Com » BÖLGƏ TV » Baş nazirin belinə pivə tökdülər - Video

Baş nazirin belinə pivə tökdülər - Video

28-02-2012, 11:35
Oxunub: 4 772 Almaniyanın baş naziri Angela Merkel Demmin şəhərinə partiyasının üzvləri və tərəfdarları ilə görüşə gəlmişdi.

Bolgexeber.com "Bild"ə istinadən bildirir ki, Merkel masa arxasında əyləşib və masaya pivə gətirən ofisiantı kimsə arxadan itələdiyi üçün o, sinidəki 5 parç pivəni baş nazirin kürəyinə töküb.

Merkel tövrünü pozmayıb, bir neçə dəqiqə sonra isə sanki heç nə olmayıbmış təki duraraq toplaşanlar qarşısında çıxış etməyə yollanıb.
21 yaşlı ofisiantın hərəkətini şərh edərkən Merkel bildirib ki, "bu xoşagəlməz hadisəyə izafi diqqət verməyə dəyməz".