BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda “McDonalds”da mühafizəçi qadını döydü – VİDEO

Bakıda “McDonalds”da mühafizəçi qadını döydü – VİDEO

7-09-2015, 14:38
Oxunub: 2 637 Bakıda “McDonalds”da mühafizəçi qadını döydü – VİDEO“İstər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış yolverilməzdir”

Bakıda “McDonalds” restoranlar şəbəkəsinin N.Nərimanov metrosu yaxınlığında yerləşən filialında mühafizəçi uşaqlı qadına qarşı kobud davranış nümayiş etdirib və hətta ona əl qaldırıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə müvafiq videogörüntüləri “Azadlıq” radiosu yayıb.

Videonu göndərən müəllifin qeyd etdiyinə görə restoranın mühafizəçiləri uşaqlı qadını (böyük ehtimalla, qadın qonaqlardan yardım tələb etdiyi üçün mühafizəçinin qəzəbinə tuş gəlib) kobudluqla oradan uzaqlaşdırmağa çalışır.

Öz növbəsində “McDonalds” restoranlar şəbəkəsinin kadrlar şöbəsinin müdiri Anar Bayramov "Azadlıq" radiosuna açıqlamasında belə deyib.

O, restoranın Nərimanov rayonundakı filialında mühafizəçinin uşaqlı qadını kobudluqla oradan uzaqlaşdırması ilə bağlı yayılmış videodan xəbərsiz olduqlarını bildirib:

“Bu barədə məlumatsızıq. Hesab edirik ki, istər müştəri, istərsə də bir başqasına qarşı kobud davranış olmamalıdır. Kimsə bu cür davranışa yol veribsə, təbii ki, tədbir görəcəyik. Adətən dilənçilər belə yerlərə müdaxilə etmirlər. Müştərilər bizim restoranlarda istirahət edirlər və heç kəsin onların istirahətinə mane olmasına icazə yoxdur. Amma kobudluq da olmamalıdır, məsələni araşdıracağıq”.

Anar Bayramov restoranlardakı mühafizəçilərin onlar tərəfindən deyil, kənar şirkət tərəfindən təyin olunduqlarını bildirib.

Qeyd edək ki, sözügedən hadisə sentyabrın 3-də qeydə alınıb.