BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda yüzlərlə sakini aldadıb Türkiyəyə qaçan qadın (VİDEO)

Bakıda yüzlərlə sakini aldadıb Türkiyəyə qaçan qadın (VİDEO)

8-09-2015, 10:17
Oxunub: 2 988 Bakıda yüzlərlə sakini aldadıb Türkiyəyə qaçan qadın (VİDEO)Paytaxtda lombarda inanıb, girova qızıl qoyub pul götürənlər aldanıb

Həmin şəxslər qızıl müqabilində onlara verilən pulu qaytarmaq üçün obyektə gəliblər. Amma gördükləri mənzərə onları şoka salıb.

ANS TV-nin məlumatına görə, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında toplaşan insanlar bir nəfərin, lombard sahibinin axtarışına çıxıb. Amma 10 gündən yuxarıdır ki, bu axtarışlar bir nəticə vermir. Məsələ ondadır ki, vətəndaşlar deyilən ünvanda lombard kimi fəaliyyət göstərən şəxsin xidmətlərindən xeyli müddət yararlanıblar.

Fərqli vaxtlarda qızıllarını girov qoyaraq, müxtəlif məbləğlərdə nağd pul da götürüblər. Günün birində borcunu verib qızıllarını almaq üçün bura üz tutanda, lombard sahibinin obyekti bağlayaraq, sözün əsl mənasında yoxa çıxdığını görüblər. Divara vurulmuş yazıdan isə belə bəlli olub ki, borclular malları ilə bağlı “Zamin bank”a müraciət etməlidir.

Şikayətçi Dilarə Əhmədova deyir ki, lombard ayın 25-dən etibarən bağlıdır: “Obyekti işlədən isə Tahirə xanımdır. Məlumata görə, artıq Tahirə xanım Türkiyəyə qaçıb. Bura toplaşan inanların onda biri burda yoxdur. 3-4 gün öncə burda toplaşan insanların sayı 600 nəfər idi”.

şikayətçi Davud Ələkbərovun sözlərinə görə, o, avqustun 27-də lombarda gəlib və buranın bağlı olduğunu görüb: "Həmin gün 300-ə yaxın adam obyektin qabağına toplaşmışdı. Deyilənə görə, bu şəxslərin bir neçə yerdə lombardları var. Hazırda həmin şəxslər bütün lombardları bağlayaraq ölkəni tərk ediblər”.

Müsahiblərimin sözlərinə görə, Alaz Tahirə Məmmədova adlı lombard sahibinin telefonuna zəng çatmadığından, onların işləri daha da çətinləşib.

Şikayətçilərin sözlərinə görə, onlar banka üz tutsalar da, qızıllarını geri ala bilməyiblər. Yaranmış vəziyyətlə bağlı bankdan bildirdilər ki, bankın müştərisi qismində vətəndaşlar yox, Alaz Tahirə xanımdır. O da borcunu ödəmədiyi təqdirdə sakinlərin müraciətinə baxıla bilməz. Hətta adıçəkilən xanım borcunu gecikdirdiyi üçün, bank tərəfindən tədbirlərin də görüldüyü əlavə edildi.

Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən bildirdilər ki, artıq vətəndaşların şikayət ərizələri qəbul edilməkdədir. Onlar toplanılıb baxıldıqdan sonra, faktla bağlı araşdlrmalara başlanılacaq.
Bolgexeber.com