Efirdə yenə nəqliyyat qoçusudur - «Ə, bozarma…» - VİDEO
10-09-2015, 13:19
Oxunub: 4 092Sürücünü əli ilə vura-vura maşından uzaqlaşdıran nəqliyyat müfəttişinin hərəkətlərini çəkən şəxsə də hücum etdilər
Sosial şəbəkələrdə nəqliyyat müfəttişi ilə sürücü arasında yaranmış mübahisəni əks etdirən video yayılıb. Avtosfer.az-ın məlumatına görə, «Opel» markalı, 99 CP 506 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü maşından düşürüb üstünə hücum edən nəqliyyat müfəttişi özünü əsl qoçu kimi aparıb. Müfəttiş ona etiraz edən sürücüyə «ə, bozarma» deyərək əli ilə vurub maşından uzaqlaşdırıb. Ətrafdakılar bu mənzərəni sadəcə seyr ediblər. Bir nəfər isə baş verənləri telefonla çəkib. Həmin şəxs sonda naməlum şəxsin hücumuna məruz qalıb və çəkilişi davam etdirə bilməyib. Bolgexeber.com həmin görüntüləri təqdim edir: