BolgeXeber.Com » BÖLGƏ TV » Rus hərbçiləri azərbaycanlını döyüb öldürdülər - Video

Rus hərbçiləri azərbaycanlını döyüb öldürdülər - Video

14-09-2015, 09:19
Oxunub: 3 044 Rus hərbçiləri azərbaycanlını döyüb öldürdülər - VideoGənc hansısa oğurluqda ittiham olunur

Türkiyənin "Mehmetçik TV" saytı Rusiya hərbçilərinin azərbaycanlı gənci döyüb öldürməsi barədə video yerləşdirib. Axar.az xəbər verir ki, yalnız videodan ibarət olan xəbərdə mətn verilməyib və buna görə də hadisənin mahiyyəti anlaşılmır. Videodan isə bəlli olur ki, Rusiya xüsusi təyinatlıları bir gənci amansızcasına döyürlər. Videodan onun azərbaycanlı olması tam anlaşılmasa da, həmin şəxsin (sayt onun azərbaycanlı olduğunu iddia edir) xarici görünüşünə görə Qafqazlıya oxşadığı görünür. Gənc hansısa oğurluqda ittiham olunur. Sayt azərbaycanlı olduğu deyilən gəncin döyülərək öldürüldüyünü də yazıb. Amma yerləşdirilən videoda gəncin öldüyü görünmür.