BolgeXeber.Com » BÖLGƏ TV » Sürücü-"Maşınımı da,özümü də yandıracam"-VİDEO

Sürücü-"Maşınımı da,özümü də yandıracam"-VİDEO

14-09-2015, 19:17
Oxunub: 2 449 Sürücü-"Maşınımı da,özümü də yandıracam"-VİDEOSürücülər onların müraciətinə baxılmayacağı halda özlərini yandıracağını və etiraz aksiyası keçirəcəklərini də əlavə etdilər

Sentyabrın 15-dən etibarən Nəqliyyat Nazirliyinin qəbul etdiyi qərara əsasən, rayon qeydiyyatında olan avtomobillər paytaxta buraxılmayacaq. Lakin aydın məsələdir ki, bu qərar rayondan gələn istər sürücü istərsə də istənilən vətəndaş tərəfindən yaxşı qarşılanmayacaq. Artıq sürücülər bu gündən başlayaraq öz etiraz bayraqlarını qaldırıblar...Belə ki,çəkiliş etdiyimiz “20 Yanvar” dairəsində sürücülər bu qərarın çox mənasız olduğunu və bunun heç kimsəyə xeyiri olmayacağını bildirdilər. Sürücülər onların müraciətinə baxılmayacağı halda özlərini yandıracağını və etiraz aksiyası keçirəcəklərini də əlavə etdilər. Bildirək ki, müxtəlif rayonlardan olan bu sürücülərin içərisində ali təhsilli olub, ancaq onlara uyğun iş olmadığı üçün taksi sürərək, ailə dolandıranlar da kifayət qədər idi. Hər halda görünən odur ki,bu xəmir hələ çox su aparacaq!
Bolgexeber.com